• Bakı 21° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb

İDMAN

28 Sentyabr 2026 | 19:15 | Müəllif: Subhan Mahmudov

Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb

Almaniya millisinin baş məşqçisi Yurgen Klopp yığmanın tarixində ən pis starta imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, komanda Millətlər Liqasının II turunda Yunanıstana məğlub olub (0:1).

Sentyabrın 27-də baş tutan qarşılaşmadan əvvəl komanda Y.Kloppun debüt matçında Niderlandla heç-heçə edib (1:1).

O, Almaniya seçməsinin tarixində ilk iki oyunda qələbə qazanmayan üçüncü baş məşqçidir. Lakin Zepp Herberger (1937-ci il) və Helmut Şön (1965-ci il) iki matçda heç-heçə edərək 2 xal topladıqları halda, Y.Kloppun aktivində cəmi 1 xal var.

Qeyd edək ki, Almaniya millisi oktyabrın 1-də Münhendə Millətlər Liqasının III turu çərçivəsində Serbiyaya qarşı oynayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR