• Bakı 20° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Şuşada minaya düşən şəxsin son vəziyyəti AÇIQLANDI

HADİSƏ

28 Sentyabr 2026 | 22:20 | Müəllif: Subhan Mahmudov

Şuşada minaya düşən şəxsin son vəziyyəti AÇIQLANDI

Şuşa rayonunun Cəmillər kəndi ərazisində baş verən mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Qeyd edilib ki, 1979-cu il təvəllüdlü şəxs (kişi) sentyabrın 28-də saat 10 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub.

"Aparılan müayinələr zamanı pasiyentə təpə nahiyəsinin kəsilmiş yarası, L1 fəqərəsinin köndələn çıxıntısının minimal sınığı, döş sümüyünün xətti sınığı, bədənin müxtəlif nahiyələrində sıyrıqlar və sağ yuxarı ətrafın I dərəcəli yanığı diaqnozları təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyəti kafi qiymətləndirilir. Müalicəsi Ümumi cərrahiyyə və orqan transplantasiyası şöbəsində davam etdirilir", - deyə məlumatda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026