Sentyabrın 28-də Ağsu rayonunun Kalva kəndinin ərazisində yerləşən fermanın həyətində yanğın baş verib və yaxınlıqdakı meşə sahəsinə keçib.
Bakıvaxtı.az-ın məlumatına görə, nəticədə 30 hektar ərazidə ağac və kol-kos yanıb.
Polis əməkdaşları tərəfindən ehtiyatsızlıqdan yanğın törədən 1 nəfər müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
















