• Bakı 21° C

    6.22 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

ABŞ dörd ölkənin rəsmilərinə viza qadağası qoydu

DÜNYA

29 Sentyabr 2026 | 00:37 | Müəllif: Subhan Mahmudov

ABŞ dörd ölkənin rəsmilərinə viza qadağası qoydu

ABŞ Boliviya, Kolumbiya, Peru və Ekvadorun bəzi rəsmilərinə viza məhdudiyyətləri tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqot bildirib.

Məhdudiyyətlər korrupsiya və narkotik qaçaqmalçılığı ilə əlaqəsi olduğu bildirilən 12 Boliviya, 2 Kolumbiya, 1 Peru və 2 Ekvador vətəndaşına şamil olunub. Onların arasında keçmiş və hazırkı prokurorlar, hüquq-mühafizə orqanlarının əməkdaşları və hakimlər var.

Dövlət Departamenti bəzi şəxslərin əvvəllər verilmiş ABŞ vizalarının da ləğv ediləcəyini açıqlayıb.

Qeyd edək ki, Vaşinqton Latın Amerikası ölkələri ilə narkotik kartellərinə qarşı mübarizəni gücləndirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026