Amerikalı milyarder İlon Maskın "SpaceX" şirkətinə məxsus "Starship" kosmik gəmisi 14-cü sınaq uçuşunu başa vurduqdan sonra Şimali Sakit okeanda partlayıb.
Bakıvaxtı.az xəbər verir ki, ABC-nin məlumatına görə, uçuş Raptor mühərriklərindən birində yaranan nasazlıq səbəbindən planlaşdırılan 10 saat əvəzinə 3 saat davam edib.
"Starship" Havay adalarının şimalında idarə olunan eniş həyata keçirib. Lakin daha sonra gəmi aşıb və partlayıb. İlkin məlumatlara görə, partlayış qalıq yanacağın alovlanması nəticəsində baş verib.
"SpaceX" missiyanı uğurlu hesab edib. Şirkətin məlumatına görə, "Starship" ilk dəfə orbitə tam şəkildə daxil olub və 26 yeni nəsil "Starlink" peykini yerləşdirib.
Şirkət mühərrikdəki problemə baxmayaraq, uçuşun Aya və Marsa insan göndərilməsi üçün nəzərdə tutulan "Starship" proqramında irəliləyiş nümayiş etdirdiyini bildirib.
Murad İsmayıl

















