• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

38 nəfəri yeyib... - ŞOK CİNAYƏT

DÜNYA

29 Oktyabr 2026 | 10:50 | Müəllif: Günəş Mərd

38 nəfəri yeyib... - ŞOK CİNAYƏT

Uqandada 15 il ərzində azı 38 nəfəri öldürməkdə şübhəli bilinən Moses Mijurizi saxlanılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Daily Monitor” qəzeti məlumat yayıb.

Polisin məlumatına görə, Mijurizi qurbanlarının bədən hissələrini yeməkdə də şübhəli bilinir.

Onun tez-tez bütöv ailələrə hücum etdiyi, qadınları isə onlarla münasibət qurmaq istədiyini deyərək aldatdığı iddia olunur.

Məlumata görə, şübhəli şəxs bundan əvvəl dörd dəfə həbs edilib. Lakin o, bəzi hallarda həbsdən qaçıb, bəzi hallarda isə rüşvət vasitəsilə azadlığa çıxıb. İlk həbsində 17 cinayəti etiraf etdiyi bildirilir.

Hazırda polis onun mümkün əlbir olduğu şəxsləri müəyyənləşdirmək üçün araşdırma aparır. Bununla belə, Mijuriziyə qarşı hələlik rəsmi ittiham irəli sürülməyib.

Qeyd edək ki, Uqanda hüquq-mühafizə orqanlarının yüksək vəzifəli nümayəndəsi şübhəlinin ictimaiyyət qarşısında mühakimə olunacağını və edam ediləcəyini bildirib. Lakin bu açıqlama məhkəmə hökmü deyil.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR