“Haber Global”ın əməkdaşı İlker Akar 29 yaşında vəfat edib.
Bakıvaxtı.az “Haber Global”a istinadla xəbər verir ki, Akar dünən axşam həmkarları ilə futzal matçına gedərkən şam yeməyi yedikdən sonra nəfəs almaqda çətinlik çəkib.
O, həmkarları tərəfindən təcili xəstəxanaya aparılsa da, həkimlərin bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Murad Məmmədli













