• Bakı 19° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Bu protokol Ermənistana TƏTBİQ EDİLMƏYƏCƏK

SİYASƏT

30 Sentyabr 2026 | 12:39 | Müəllif: Qalib İbrahimoğlu

Bu protokol Ermənistana TƏTBİQ EDİLMƏYƏCƏK

“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər normallaşana qədər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə həmin protokolun müddəaları tətbiq edilməyəcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov parlamentin 30 sentyabr tarixli iclasında “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokolun təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Azərbaycan sözügedən protokolu imzalayarkən müvafiq qeyd-şərt və bəyanatlarla çıxış edib.

Nizami Səfərovun sözlərinə görə, bəyanatda münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşana qədər protokolun müddəalarının Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcəyi nəzərdə tutulur.

O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya hüquq nizamının bərpa edilməsi, həmçinin sülh gündəliyinin həyata keçirilməsi ölkənin müqavilə hüququ praktikasına təsir edib.

Deputat əlavə edib ki, protokol cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlığın yeni formalarını nəzərdə tutur. Sənəddə sorğuların göndərilməsi, fərdi məlumatların qorunması, eləcə də bəzi istintaq tədbirləri ilə bağlı məsələlər tənzimlənir.

Nizami Səfərov deputatları protokolun təsdiq edilməsinə səs verməyə çağırıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR