TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün hər hansı ödəniş tələb olunmur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Bildirilib ki, onlayn növbə yalnız “mygov” mobil tətbiqi vasitəsilə əldə edilə bilər.
TƏBİB vətəndaşlara qeyri-rəsmi platformalardan və digər vasitələrdən istifadə etməməyi tövsiyə edib.
















