• Bakı 19° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Əfv Məsələləri Komissiyası toplanır?

SİYASƏT

30 Sentyabr 2026 | 09:15 | Müəllif: Zeynəb Rzayeva

Əfv Məsələləri Komissiyası toplanır?

Son günlər siyasi dairələrdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Əfv sərəncamının imzalanacağı barədə məlumatlar yayılıb. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının gələn həftə toplaşacağı bildirilir. 

Məsələ ilə bağlı Bakıvaxtı.az Əfv Məsələləri üzrə Komissiyanın üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevlə əlaqə saxlayıb.

Ə.Nuriyev bu barədə məlumatsız olduğunu deyib:

“Komissiyaya bununla bağlı məlumat daxil olmayıb”.

Qeyd edək ki, ölkədə sonuncu əfv sərəncamı sentyabrın 23-də verilib. Belə ki, Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb.

Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.
Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR