• Bakı 19° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Yasamalda su borusu partladı: Sakinlər MTK-nı günahlandırır - VİDEO 

CƏMİYYƏT

30 Sentyabr 2026 | 09:36 | Müəllif: Günəş Mərd

Yasamalda su borusu partladı: Sakinlər MTK-nı günahlandırır - VİDEO

Yasamal rayonunun Həsən bəy Zərdabi küçəsi, 69 ünvanında su borusu partlayıb.

Bakıvaxtı.az xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidə “Bizim Ev” MTK tərəfindən aparılan qazıntı-tikinti işləri ciddi təhlükə yaradır, kommunikasiya xətlərinin təhlükəsizliyinə isə lazımi diqqət göstərilmir.

Onların sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilib. Edilən müraciətlərə baxılmayıb və nəticədə bu gün ərazidə su borusu partlayıb. Hadisə sakinlərin həm su problemi, həm də gediş-gəliş çətinliyi ilə üzləşməsinə səbəb olub.

Sakinlər aidiyyəti qurumlara müraciət edərək ərazidə aparılan işlərin araşdırılmasını və təhlükəsizlik tədbirlərinin görülməsini istəyirlər.

Murad İsmayıl

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026