• Bakı 19° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

8 ayda icbari tibbi sığorta ilə 66 milyon tibbi xidmət göstərilib

İQTİSADİYYAT

30 Sentyabr 2026 | 11:26 | Müəllif: Əli Hüseynov

8 ayda icbari tibbi sığorta ilə 66 milyon tibbi xidmət göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən cari ilin yanvar-avqust aylarında icbari tibbi sığorta ilə dövlət tibb müəssisələrində 66 milyon xidmət göstərilib.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, bu xidmətlərin 88 faizini ambulator, 12 faizini stasionar xidmətlər təşkil edib.

    Bildirilib ki, dövlət tibb müəssisələrinə 8 ayda 4,4 milyondan çox şəxs 17,7 milyon müraciət edib. Onlardan 1,4 milyona yaxını uşaqlar olub. 2026-cı ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə pasiyentlərin sayı 3,1 faiz, müraciətlərin sayı 7,9 faiz, göstərilən tibbi xidmətlərin sayı 9 faiz artıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    29 Sentyabr 2026