• Bakı 19° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər 

SİYASƏT

30 Sentyabr 2026 | 11:35 | Müəllif: Əli Hüseynov

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 84 əcnəbini ölkədən deportasiya edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında məlumat verilib.

Bildirilib ki, müvafiq tədbirlərlə Hindistan, Misir, Türkiyə, Rusiya, Türkmənistan, Azərbaycan, Tailand, Livan, Özbəkistan, Belarus, Qana, İordaniya, Pakistan, Nigeriya, Filippin, Çin və digər dövlətlərin vətəndaşları ölkədən çıxarılıblar.

Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.

DİN-dən bildirilib ki, ölkədə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə intensiv rejimdə davam etdirilir. Ən son statistik məlumatlara əsasən, təkcə cari il ərzində Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən üç mindən çox şəxs artıq ölkədən çıxarılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026