• Bakı 23° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Biləsuvarda zəhərlənən 10 nəfərin VƏZİYYƏTİ AÇIQLANDI 

CƏMİYYƏT

30 Sentyabr 2026 | 09:59 | Müəllif: Günəş Mərd

Biləsuvarda zəhərlənən 10 nəfərin VƏZİYYƏTİ AÇIQLANDI

29.09.2026-cı il tarixində saat 23:00 radələrində zəhərlənmə şübhəsilə 10 nəfər (5 kişi, 5 qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

Qeyd olunub ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.

Xatırladaq ki, Biləsuvar rayonunda qida zəhərlənməsi olub. Hadisə rayonda keçirilən əsgər yolasalma mərasimində qeydə alınıb. Belə ki, mərasimdə iştirak edən Cəlilabad sakinləri qida zəhərlənməsinə məruz qalıblar. Məlumata görə, mərasimdən sonra evlərinə qayıdan ailə üzvlərinin səhhətində narahatlıq yaranıb. Zəhərlənmə əlamətləri ilə 10 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisəyə mərasim zamanı yeyilən paytaxt salatının səbəb olduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026