• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu avtobuslar "Şamaxinka"da dayanmayacaq

CƏMİYYƏT

30 Oktyabr 2026 | 09:43 | Müəllif: Əli Hüseynov

Bu avtobuslar "Şamaxinka"da dayanmayacaq

Bakıda 4 müntəzəm marşrut xəttinin dayanacaq məntəqəsi dəyişdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, noyabrın 2-dən 102, 130, 142 və 159 nömrəli marşrutlar Sumqayıt istiqamətində “20 Yanvar” metrostansiyasının yaxınlığında, Moskva prospektində yerləşən “14 saylı notariat ofisi”nin yanındakı dayanacaqdan çıxarılacaq.

Xocəsən və Sulutəpə istiqamətində hərəkət edən 102 və 159 nömrəli marşrutların sərnişinləri avtobuslara metronun Müzəffər Həsənov küçəsindəki çıxışının qarşısında (ADSEA binasının yaxınlığında) və ya “Şamaxinka” ərazisində, “Alov zavodu”nun üzbəüzündəki dayanacaqda minə biləcəklər.

130 və 142 nömrəli marşrutlardan istifadə edən sərnişinlər isə “Azərbaycanfilm Kinostudiyası” dayanacağından yararlana biləcəklər. Bu marşrutların Lökbatan və Masazır istiqamətində növbəti dayanacağı “Şamaxinka” ərazisində yerləşəcək.

Qeyd edək ki, bundan əvvəl də 114A, 114B, 500, 503 və 508 nömrəli marşrutlar Moskva prospektindəki “14 saylı notariat ofisi”nin yanındakı dayanacaqdan çıxarılıb.

Dəyişikliklərin məqsədi sərnişin axınının daha səmərəli idarə olunması, nəqliyyat sıxlığının azaldılması və ictimai nəqliyyatın hərəkətinin sürətləndirilməsidir.


Bu avtobuslar "Şamaxinka"da dayanmayacaqBu avtobuslar "Şamaxinka"da dayanmayacaq
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026