• Bakı 20° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Bakıda qadın qətlə yetirilib, əri saxlanılıb

HADİSƏ

29 Sentyabr 2026 | 18:33 | Müəllif: Əli Hüseynov

Bakıda qadın qətlə yetirilib, əri saxlanılıb

Bakıda kişi həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinir.

Bakıvaxtı.az-ın xəbərinə görə, hadisə bu gün günorta saatlarında Binəqədi rayonunda baş verib.

    42 yaşlı Rafət Ağalarovun həyat yoldaşı 40 yaşlı Esmira Ağalarovanı boğaraq qətlə yetirdiyi bildirilir.

    Qətli törətməkdə şübhəli bilinən Rafət Ağalarov saxlanılıb. Hadisənin baş verməsinə qadının ərindən boşanmaq istəməsinin səbəb olduğu deyilir.

    Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR