“Ermənistanla münasibətlər normallaşan kimi, onların gediş-gəlişi, tranzit və ticarət, digər münasibətlər üzrə hüquqi münasibətlər meydana çıxacaq. Bu işimiz artıq bizi əmin edir ki, sülhün başlanğıcındayıq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
O bildirib ki, quru sərhədlərin açılması halında yeni tranzit yüklərinin daşınması, sığorta təminatı və digər məsələlər qarşıdakı dövrdə reallaşa bilər.
Deputat bu baxımdan Milli Məclisin payız sessiyasında Cənubi Qafqazda sülh və inteqrasiya mövzusunda mühüm tədbirlərin keçirilməsini təklif edib.
Zeynəb Rzayeva
















