• Bakı 18° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Gündə 4-5 banka enerji içkisi içən kişi infarkt keçirdi

CƏMİYYƏT

29 Sentyabr 2026 | 23:11 | Müəllif: Əli Hüseynov

Gündə 4-5 banka enerji içkisi içən kişi infarkt keçirdi

Bakıda 40 yaşlı şəxs miokard infarktı keçirib.

Bakıvaxtı.az Bakupost-a istinadən xəbər verir ki, bunu kardioloq Gülanə Ağayeva bildirib.

Onun sözlərinə görə, gecə saat 3 radələrində sinəsində kəskin ağrılar olan 40 yaşlı pasiyent təcili yardıma müraciət edib. Kardioqramma göstəriciləri və pasiyentin şikayətləri ürəyin ön divarının infarktına uyğun olub.

“Xəstəyə angioqrafiya icra edəndə ön damarının tamamilə tıxandığını gördük. Damarı bərpa etdik, xəstəni vəziyyətdən çıxardıq. Ağrıları keçdi və kardioqramı düzəldi”.

G.Ağayeva qeyd edib ki, pasiyentdən alınan analizlər və toplanan məlumatlar zamanı onun gündə 4-5 banka enerji içkisi qəbul etdiyi məlum olub.

“Biz dəfələrlə enerji içkilərinin və siqaretin zərərlərindən danışsaq da, insanlar bunu sadəcə oxuduqlarımızı danışırmışıq kimi anlayırlar. Amma biz yalnız oxuduqlarımızı danışmırıq, praktikada gördüklərimizi deyirik. Gənc yaşlarda miokard infarktına səbəb olan ən böyük faktorlardan biri enerji içkiləri və siqaretdir”, - deyə G.Ağayeva əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026