"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 1,96 artaraq 1 barelə görə 107,34 ABŞ dolları təşkil edib.
Bakıvaxtı.az xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin noyabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 1,85% artaraq 94,31 ABŞ dollarına bərabər olub.
















