• Bakı 18° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı

CƏMİYYƏT

28 Sentyabr 2026 | 23:41 | Müəllif: Subhan Mahmudov

Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı

Bakıda 214 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sərnişinlə mübahisə edən və ona qarşı nalayiq ifadələr işlədən sürücü işdən çıxarılıb.

Bakıvaxtı.az "Bakupost"a istinadla xəbər verir ki, görüntülər yayıldıqdan sonra sürücünün kimliyi müəyyənləşdirilib və onunla bağlanmış əmək müqaviləsinə bu gündən xitam verilib.

"Çinar Trans" MMC-dən bildirilib ki, hadisə ilə bağlı digər sürücülərə əlavə təlimat verilib:

"Biz həmin görüntüləri görəndən sonra bütün sürücüləri təlimatlandırmışıq, lazımi tapşırıqlar vermişik ki, sürücü ilə sərnişin arasında heç bir mübahisə, kobud rəftar olmasın. Həmin sürücü ilə bağlı da iclas keçirdik. Onu bu gün işdən azad etdik".

Qeyd edək ki, mübahisəyə sürücünün avtobusa minən sərnişinlərə "Rədd olun, keçin arxaya" deməsi səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026