• Bakı 20° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Həmin şəxslər məsuliyyətə cəlb olunana qədər mövqeyimiz dəyişməyəcək" - Ərdoğan

DÜNYA

28 Sentyabr 2026 | 21:24 | Müəllif: Subhan Mahmudov

"Həmin şəxslər məsuliyyətə cəlb olunana qədər mövqeyimiz dəyişməyəcək" - Ərdoğan

"74.000 qəzzalının ölümünə səbəb olanlar məsuliyyətə cəlb edilməlidir".

Bakıvaxtı.az xəbər verir ki, belə bir bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlərin toplantısından sonra çıxış edib. 

O bildirib ki, Ankara bəşəriyyətə qarşı cinayət törətdiyini və 74.000 qəzzalının ölümünə səbəb olduğunu iddia etdiyi şəxslər məsuliyyətə cəlb olunana qədər mövqeyini dəyişməyəcək.

"Bəşəriyyətə qarşı cinayət törədən, Qəzzadan 74.000 qardaş və bacımızın qanını tökən və Livandan Suriyaya qədər bölgədə terror yayan şəxslər ədalət mühakiməsinə cəlb olunana qədər mövqeyimizdən heç vaxt geri çəkilməyəcəyik", - deyə Türkiyə lideri qeyd edib. 

O, əlavə edib ki, Türkiyə "cəsarətlə həqiqəti danışmağa" davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR