• Bakı 20° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Rusiya Dövlət Dumasının yeni sədri kim olacaq?

DÜNYA

28 Sentyabr 2026 | 22:09 | Müəllif: Subhan Mahmudov

Rusiya Dövlət Dumasının yeni sədri kim olacaq?

Rusiya Dövlət Dumasının sədri vəzifəsinə iki namizəd irəli sürülüb: Vahid Rusiyadan Vyaçeslav Volodin və Rusiya Kommunist Partiyasından Dmitri Novikov.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ilk plenar iclası hazırlayan müvəqqəti parlament işçi qrupunun sədri Viktor Pinski bildirib.

O vurğulayıb ki, müvəqqəti işçi qrupu Dövlət Duması sədrinin seçilməsi məsələsini açıq səsvermə yolu ilə həll etməyi təklif edib:

"Deputat yalnız bir namizədə səs verir. Bunun üçün elektron səssayma sistemindən istifadə etmək təklif olunur".

Qeyd edək ki, Rusiya Dövlət Dumasının son sədri Vyaçeslav Volodin olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR