• Bakı 20° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bu ölkədən Rusiya və Belarusla bağlı sərt qərar

DÜNYA

28 Sentyabr 2026 | 19:54 | Müəllif: Subhan Mahmudov

Bu ölkədən Rusiya və Belarusla bağlı sərt qərar

Estoniya Rusiya və Belarusla əlaqəli şəxslərin ölkədə daşınmaz əmlak əldə etmək imkanlarının məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin parlamentinin saytında məlumat yayılıb.

Qeyd olunub ki, məhdudiyyətlər Avropa Birliyi ölkələrində uzunmüddətli yaşamaq icazəsi və ya Estoniyada daimi yaşamaq hüququ olmayan Rusiya və Belarus vətəndaşlarına şamil ediləcək.

Eyni zamanda, qərar sözügedən ölkələrdən olan hüquqi şəxslərə və son benefisiarları Rusiya və ya Belarus vətəndaşları olan şirkətlərə də aid ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR