• Bakı 18° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib

DÜNYA

29 Sentyabr 2026 | 00:15 | Müəllif: Subhan Mahmudov

ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib

ABŞ Rumıniyaya 9 piyada desant amfibiya maşını (AAV) tədarük edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Rumıniyadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu andan etibarən Rumıniya hərbçiləri yeni maşınların idarə edilməsini mənimsəməyə başlayırlar, onlara ABŞ Dəniz Piyadaları Korpusunun ekspert-məsləhətçiləri təlim keçirlər.

"ABŞ-nin Rumıniyadakı səfiri Derril Nirenberq 307-ci dəniz piyadaları alayının modernləşdirmənin mühüm mərhələsinə hazırlığını izləmək üçün Babadağ (Tulça qəzası) poliqonuna səfər edib", - səfirlikdən bildirilib.

AAV7A1 piyada desant amfibiya maşınları 21-dək dəniz piyadasını və ləvazimatları hərbi gəmilərdən düşmən sahilinə daşımaq üçün nəzərdə tutulub.

2023-cü ilin iyulunda Pentaqondan bildirilib ki, ABŞ Dövlət Departamenti Rumıniyaya 120,5 milyon dollar dəyərində 16 piyada desant amfibiya maşını və bununla əlaqədar avadanlıqların satışına icazə verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026