• Bakı 16° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

“Ronaldo komanda üçün problem təşkil etmir”

İDMAN

30 Sentyabr 2026 | 23:23 | Müəllif: Subhan Mahmudov

“Ronaldo komanda üçün problem təşkil etmir”

“Kriştianu Ronaldo komanda üçün heç bir problem təşkil etmir”.

Bakıvaxtı.az “Record” nəşrinə istinadən xəbər verir ki, bu barədə Portuqaliya seçməsinin baş məşqçisi Jorje Jezus müsahibəsində bəyan edib.

Təcrübəli mütəxəssis 41 yaşlı ulduz hücumçu ilə arasında müəyyən fikir ayrılıqlarının yaşandığını gizlətməsə də, münasibətlərində heç bir ciddi problemin olmadığını vurğulayıb:

“Belə məqamlar hər kəsdə olduğu kimi bizdə də yaşanır. Mənə elə bir futbolçu göstərin ki, məşqçisi ilə heç vaxt problemi, çətin vəziyyəti və ya münaqişəsi olmasın, məşqçidən və ya özündən narazı qalmasın. Bu təbii və normal prosesdir. Əsas məsələ buna hansı rakursdan baxmağınızdır”.

Qeyd edək ki, oktyabrın 1-də Portuqaliya millisi Millətlər Liqasında Danimarka ilə qarşılaşacaq. İki turdan sonra portuqaliyalılar A4 qrupunda 6 xalla liderlik edirlər və danimarkalılarla norveçliləri 3 xal qabaqlayırlar.

Xatırladaq ki, UEFA-nın bayrağı altında keçirilən Millətlər Liqasının son çempionu məhz Portuqaliya seçməsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026