• Bakı 16° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ - 50 nəfəri ötdü... - YENİLƏNİB

HADİSƏ

01 Oktyabr 2026 | 00:47 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ - 50 nəfəri ötdü... - YENİLƏNİB

Kürdəmirdə toy mərasimində zəhərlənənlərin sayı 50 nəfəri keçib.

Bakıvaxtı.az-ın xəbərinə görə, onlardan 7-si azyaşlıdır

Qeyd edək ki, hadisə ötən gün şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

 

***30 sentyabr, 22:53

Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.

Belə ki, mərasim iştirakçılarının 13-ü qidadan zəhərlənib.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026