• Bakı 19° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə-Azərbaycan Universitetində - FOTOLAR

CƏMİYYƏT

01 Oktyabr 2026 | 11:18 | Müəllif: Qalib İbrahimoğlu

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə-Azərbaycan Universitetində - FOTOLAR

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə–Azərbaycan Universitetini ziyarət edib, qida texnologiyası, qida kimyası, mikrobiologiya və kimya laboratoriyaları ilə tanış olub. Eyni zamanda müasir tədris və elmi mühitin formalaşdırılması istiqamətində həyata keçirilən işlər barədə qonaqlara məlumat verilib.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli və Ali Təhsil Şurasının sədri Erol Özvar universitetin auditoriyalarında tədris prosesini izləyib, tələbələr və müəllim heyəti ilə görüşərək onlarla söhbət ediblər.


Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə-Azərbaycan Universitetində - FOTOLARTürkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə-Azərbaycan Universitetində - FOTOLARTürkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə-Azərbaycan Universitetində - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR