• Bakı 24° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

COP29 ümumi evimizin qorunmasına töhfə verəcək - Papa Fransisk

COP29

10 Noyabr 2024 | 22:07 | Müəllif: Subhan Mahmudov

COP29 ümumi evimizin qorunmasına töhfə verəcək - Papa Fransisk

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ümumi evimizin qorunmasına töhfə verəcəyinə ümid edirəm.

Bakıvaxtı.az xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ənənəvi “Angelus” duası zamanı deyib.

Pontifik Bakının ev sahibliyi edəcəyi COP29-un əhəmiyyətini qeyd edib.

“Ümid edirəm ki, sabah Bakıda başlayacaq COP29 - İqlim Dəyişikliyi Konfransı ümumi evimizin qorunmasına səmərəli töhfə verəcək”, - deyə Papa Fransisk vurğulayıb.

Qeyd edək ki, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinin COP29-da iştirak üçün Azərbaycana səfər edəcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026