• Bakı 25° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi

CƏMİYYƏT

24 Sentyabr 2026 | 19:11 | Müəllif: Subhan Mahmudov

Milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev istefa verib.

Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası oktyabrın 8-də Q.Abdullayevin istefa ərizəsinə baxacaq.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Lent.az-a faktı təsdiqləyiblər.

Bildirilib ki, Q.Abdullayev səhhətində yaranmış problemlərlə əlaqədar öz ərizəsi ilə vəzifəsindən istefa verib.

Qeyd edək ki, son günlər mətbuatda Q.Abdullayevin fəaliyyəti və milyonluq mülkləri ilə bağlı yazılar dərc olunub.

Onu da əlavə edək ki, Q.Abdullayev həmçinin Naxçıvan Ali Məclisinin deputatıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR