• Bakı 23° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

"Bu maaşa heç kim elm sahəsinə gəlməz” - SƏRT TƏNQİD ELƏDİ 

CƏMİYYƏT

09 Sentyabr 2026 | 10:17 | Müəllif: Günəş Mərd

"Bu maaşa heç kim elm sahəsinə gəlməz” - SƏRT TƏNQİD ELƏDİ

“Müəllimlərin əməkhaqları sertifikasiya ilə müəyyənləşir. Düşünmürəm ki, onların maaşlarının artırılmasına yaxın zamanlarda baxılsın”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib.

O qeyd edib ki, sertifikasiyada 30-50 bal arası nəticə göstərənlərin vəzifə maaşına 10%, 51-60 bal arası nəticə göstərənlərin vəzifə maaşına isə 35% əlavə edilir:

“Bu mənada hesab edirəm ki, müəllimlərin əməkhaqlarının artırılması təşəbbüsü görünmür”.

Alimlərin  əməkhaqlarının indiki durumuna və artırılma perspektivinə diqqət çəkən ekspert vurğulayıb ki, hazırda Azərbaycanda alimlərin əməkhaqları ürəkaçan deyil:

“Azərbaycan Milli Elmlər Akademiyasının sistemində olan kiçik elmi işçilər 420 azn, elmi işçilər 450-dən artıq, böyük elmi işçilər 500-ə yaxın, aparıcı elmi işçilər isə 500 manatdan çox maaş alırlar. Bu cür əməkhaqqı ilə elm cazibədar ola bilməz. Bu əməkhaqqına heç kim elm sahəsinə gəlməz”. 

Orta ümumtəhsil məktəblərdə müəllimlərin dərsdən sonra məktəblərdə fəaliyyət göstərməsinə diqqət çəkən müsahibimiz qeyd edib ki, təhsilverənlərin tam ştata keçməsi müzakirə olunur:

“Bu hal baş verərsə, yəqin əməkhaqlarına baxıla bilər, çünki əvvəllər müəllimlər dərsdən sonra əlavə vasitələrlə ailəni dolandırmaq üçün imkanlar əldə edə bilirdilər. Kimisi repetitorluq edirdi, kimisi təsərrüfatla məşğul olurdu. Yəni əlavə vəsait əldə edə bilirdi”. 

Ali təhsil müəssisələrinin əməkhaqqı mexanizminə toxunan həmsöhbətimiz əlavə edib ki, ayrı-ayrı ali təhsil müəssislərində əməkhaqları fərqlidir:

“Bir universitet müəllimi 600 manat alırsa, digəri bir qədər artıq alır. Bir neçə universitet var ki, orada çalışan müəllimlərin əməkhaqqı 1000 manatın üzərindədir. Burada elmi dərəcə də nəzərə alınır. Bundan başqa nüfuzlu elmi jurnallarda məqalələri dərc olunan müəllimlərin əməkhaqlarına əlavələr edilir. Bütün hallarda müəllimlərin əməkhaqlarına yenidən baxılması yaxşı olardı, təəssüf ki, indi bu, məsələ müzakirə olunmur”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR