Aparıcı Zaur Nəbioğlu müğənni Rəvan Qarayevin sirlərini efirdə açmaq istəyib.
Bakıvaxtı.az xəbər verir ki, aparıcı canlı efirdə müğənniyə "Ay Rəvan, sənin sənət cameəsində bir sevgilin olubmu" sualı ilə müraciət edib.
Rəvan təəccüblü baxışlarla "Yox. Sualı düz vermədin, burada uduzdun", - deyə cavablandırıb.
"Adlarını deyərəm ha bir-bir", -sözləri ilə Rəvana reaksiya verən Zaurun sözləri müğənnini əməlli-başlı qorxuya salıb.
Rəvan "Ə ..., yox-yox, işin olmasın", - deyib. / titul.az
















