• Bakı 22° C

    5.08 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

HADİSƏ

04 Fevral 2022 | 11:12

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini S.Əliyevin idarə etdiyi “VAZ-2109” markalı avtomobil nəzarət qaydasına uyğun olaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, yoxlamalar zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən onun narkotik vasitə olan heroin qəbul etdiyi məlum olub.

S.Əliyev barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026