Bakıda avtomobillə qadını vuraraq qaçan şəxs tutulub.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə martın 2-də rayon ərazisində Abşeron rayon sakini Ş.Əhmədovun müəyyən edilməmiş avtomobillə vurulması barədə məlumat daxil olub. Ş.Əhmədova xəstəxanada ilkin tibbi yardım göstərilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış “Volkswagen” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini L.Rüstəmova müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
















