• Bakı 21° C

    1.07 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Ölkəyə qanunsuz siqaretlərin gətirilməsinin qarşısı alındı

HADİSƏ

04 Aprel 2022 | 11:01

Ölkəyə qanunsuz siqaretlərin gətirilməsinin qarşısı alındı

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə siqaretlərin qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bakıvaxtı.az-ın komitəyə istinadən verdiyi məlumata görə, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn “İveco” və “Mercedes Benz” markalı nəqliyyat vasitələri saxlanılıb, avtomobillərin sürücüləri şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri avtomobillərdə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirsələr də, yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 19 264 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026