• Bakı 22° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Xarkovda 7 azərbaycanlı həlak olub - YENİLƏNİB

HADİSƏ

05 Mart 2022 | 13:21

Xarkovda 7 azərbaycanlı həlak olub - YENİLƏNİB

Dünən Ukraynada daha bir azərbaycanlı ailə raket atəşi nəticəsində həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasından APA-ya verilən məlumata görə, Xarkov vilayətinin Çirkun kəndində raketin evə düşməsi nəticəsində 3 nəfər həyatını itirib.

Bildirilib ki, ölənlər kişi, onun həyat yoldaşı və qayınanasıdır: “Onların 3 övladı isə sağ qalıb. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir”.

***

12:44

Dünən axşam saatlarında Xarkovun raket atəşinə tutulması zamanı 4 azərbaycanlı həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının Lvov vilayəti üzrə sədr müavini Mahmud Qurbanov deyib.

O bildirib ki, Xarkovda restoran sahibi olan Emin adlı şəxs, onun xanımı və iki övladı həlak olub.

“Hazırda onların evi olan ərazi rusların nəzarətindədir. Ona görə də meyitlərin ərazidən çıxarılmasında problem yaranıb. Xarkovda yaşayan azərbaycanlılar bu məsələ ilə məşğuldur”, - Mahmud Qurbanov vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026