• Bakı 19° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bir nəfər yaşayış binasının pəncərəsindən atəş açıb, yaralılar var

HADİSƏ

30 May 2021 | 23:29

Bir nəfər yaşayış binasının pəncərəsindən atəş açıb, yaralılar var

 

Rusiyanın Yekaterinburq şəhərinin Himmaş rayonunda naməlum şəxs yaşadığı binanın 4-cü mərtəbəsindən yoldan keçənlərə atəş açıb.

“Saiga” karabinindən açılan atəş nəticəsində iki nəfər yaralanıb.

***

Yekaterinburqda yaşayış binasının pəncərəsindən atəş açan şəxs polis tərəfindən saxlanılıb.

Saxlanılan şəxs həmin mənzilin kirayəşini olub. Atəş nəticəsində Milli Qvardiyanın əməkdaşı və bir azyaşlı qız yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Səhiyyə Nazirliyinin Sverdlovsk vilayəti üzrə şöbəsindən verilən məlumata görə, uşağın vəziyyəti son dərəcə ağırdır, kişinin vəziyyəti isə orta-ağırdır. O, ayağından yaralanıb.

Faktla bağlı araşdırma aparılır./apa/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR