• Bakı 23° C

    5.17 m/s

Yeddiqat dünya çempionu Azərbaycan Qran-prisinə pit-leyndən başlayacaq

FORMULA 1

15 Sentyabr 2024 | 15:08 | Müəllif: Subhan Mahmudov

Yeddiqat dünya çempionu Azərbaycan Qran-prisinə pit-leyndən başlayacaq

"Formula-1" üzrə yeddiqat dünya çempionu Lyuis Hamilton Azərbaycan Qran-prisinin start cədvəlində yeddinci yeri itirib.

Bakıvaxtı.az FİA-nın saytına istinadən xəbər verir ki, britaniyalı yarışa pit-leyndən başlayacaq.

Kvalifikasiyadan sonra "Mercedes" mühərriki və Lyuisin avtomobilindəki bir neçə komponenti, o cümlədən turbin və generatorları dəyişdirmək qərarına gəlib. Hamilton bir mövsüm üçün komponentlərin dəyişilməsi üzrə icazə verilən miqdarı artıq keçdiyi üçün cəza alıb.

Amma Bakıda pit-leyndən təkcə Lyuis Hamilton başlamayacaq. Esteban Okon və "Alpin" pilotu Pyer Qasli də onu müşayət edəcək. Sonuncu təsnifat mərhələsində yanacaq sərfiyyatı qaydalarını pozduğuna görə cəzalandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026