• Bakı 25° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Yaşa görə pensiyaların orta aylıq məbləği 361 manata çatıb

CƏMİYYƏT

04 Mart 2021 | 10:12

Yaşa görə pensiyaların orta aylıq məbləği 361 manata çatıb

Son 3 ildə pensiyaların orta aylıq məbləği 60% artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, ölkəmizdə pensiyaların orta aylıq məbləği ilin əvvəli ilə müqayisədə daha 10%-dək artaraq 330 manata çatıb.

Hazırda yaşa görə pensiyaların orta aylıq məbləği 361 manat, əlilliyə görə pensiyaların orta aylıq məbləği 290 manat, ailə başçısını itirməyə görə pensiyaların orta aylıq məbləği 267 manat təşkil edir.

Bu artımı əsasən cari ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması təmin edib.

Ümumilikdə 2018-ci ilin əvvəlinə nisbətən pensiyaların orta aylıq məbləği 60% artıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026