• Bakı 22° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Xocavənddəki avtobus qəzasının ilkin səbəbi açıqlandı

HADİSƏ

07 Fevral 2022 | 11:12

Xocavənddəki avtobus qəzasının ilkin səbəbi açıqlandı

Ötən gün axşam saatlarında Xocavənd rayonu ərazisində avtobusun qəzaya düşməsinə ilkin ehtimala görə sürücüsünün idarəetməni itirməsi səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Xatırladaq ki, ötən gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən 21 nəfər xəsarət alıb. 16 nəfər ilkin tibbi yardımdan sonra Bakıya təxliyə edilib. 5 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasındadır. Yaralıların vəziyyəti stabildir, həkim nəzarətindədilər.

Qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026