• Bakı 23° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Xarici valyutanın ölkədən qanunsuz çıxarılmasının qarşısı alınıb

HADİSƏ

27 Aprel 2021 | 12:44

Xarici valyutanın ölkədən qanunsuz çıxarılmasının qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları xarici valyutanın qanunsuz olaraq ölkə ərazisindən çıxarılması cəhdininin qarşısını alıblar.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Bakivaxti.az-a bildirilib ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Azərbaycandan Gürcüstana gedən, həmin ölkə vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb, sürücüsü şifahi sorğu sual olunub. Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində olan 9500 ABŞ dollarını gömrük nəzarətinə təqdim edib. Daha sonra nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunda olan gödəkçənin cibində gömrük nəzarətindən gizlədilən 1 milyon 548 min rus rublu, vətəndaşın üzərindən isə 4000 ABŞ dolları aşkar edilib.

Ramid İbrahimov

Bakivaxti.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026