• Bakı 21° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Polis Siyəzəndə əməliyyat keçirdi - 3 nəfər saxlanıldı (FOTOLAR)

HADİSƏ

08 Oktyabr 2021 | 12:51

Polis Siyəzəndə əməliyyat keçirdi - 3 nəfər saxlanıldı (FOTOLAR)

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məlumat verib.

O bildirib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Mirzəli Paşayev, Elşad İlyaszadə və Tərlan Məmmədov saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə olan heroin, “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin və psixotrop maddə olan metadon aşkar edilərək götürülüb.

Faktlarla bağlı istintaq aparılır.


Polis Siyəzəndə əməliyyat keçirdi - 3 nəfər saxlanıldı (FOTOLAR)Polis Siyəzəndə əməliyyat keçirdi - 3 nəfər saxlanıldı (FOTOLAR)Polis Siyəzəndə əməliyyat keçirdi - 3 nəfər saxlanıldı (FOTOLAR)
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026