• Bakı 21° C

    6.22 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Qaxda dəhşətli QƏZA: Avtomobillər meşəlik əraziyə aşdı 

HADİSƏ

06 Noyabr 2021 | 17:01 | Müəllif: Subhan Mahmudov

Qaxda dəhşətli QƏZA: Avtomobillər meşəlik əraziyə aşdı

Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, eyni istiqamətdə hərəkətdə olan “BMW-X5” və “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobil yol kənarında olan meşəlik əraziyə aşıb. Zərbənin gücündən hər iki avtomobil yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və yol polis əməkdaşları cəlb olunub. Xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026