• Bakı 23° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Qarayazı Dövlət Təbiət Qoruğunda qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı

HADİSƏ

06 Dekabr 2021 | 13:11

Qarayazı Dövlət Təbiət Qoruğunda qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı

Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qoruğun “Sadıqlı” adlanan ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Qazax rayon sakini Natiq Qurbanov olduğu məlum olub.

Şəmkir Dövlət Təbiət Yasaqlığının ərazisində isə ova cəhd edən Tovuz rayon sakinləri Samir Süleymanov və İsmayıl Abbasov saxlanılıb.

Faktlarla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026