Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polisə yalan məlumat verən şəxs müəyyən edilib.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Verilən məlumata görə, Lənkəran rayon sakini Ənvər Lələyev polisə müraciət edərək evindən 7000 manat pulun oğurlandığını bildirib. Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi müəyyən edilib. Belə ki, Ə.Lələyevin həmin pulu saxlaması üçün qohumuna verdiyi məlum olub.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
















