• Bakı 25° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Oğlunun evdə olmadığını öyrənən molla qonşusunu zorlamaq istəyib - TƏFƏRRÜAT

HADİSƏ

03 May 2021 | 10:16

Oğlunun evdə olmadığını öyrənən molla qonşusunu zorlamaq istəyib - TƏFƏRRÜAT

Lerikdə əxlaqsız təklifinə razılıq verməyən qadını öldürən molla həbs edilib.

Bakıvaxtı.az unikal.org-a istinadən xəbər verir ki, Barzavu kənd sakini, 57 yaşlı Murad Əsgərov kəndə yas mərasimlərində mollalıq edib.

Bildirilir ki, mollanın qızı ailə həyatı qurub, Binə qəsəbəsində yaşayır, oğlu isə Bakıda işləyir. M.Əsgərovun arvadı və digər qızı isə Z.Fərziyevanın qonşuluğunda yaşayır. Hüquq muhafizə orqanlarının əməkdaşları kənddə bir neçə nəfəri şübhəli şəxs kimi saxlayıb, ifadələrini alıb.

M.Əsgərov prokurorluq əməkdaşlarına cinayəti necə törətdiyini videoçəkilişlə etiraf edib. 

Qətlə yetirilən qadının üç oğlu var. Oğlanlarından biri hərbi xidmətdə, digər oğlanları isə meşəyə odun toplamağa getdiyindən istifadə edərək molla bu cinayəti törədib.
Qətlin üstü açıldıqdan sonra M.Əsgərov həbs edilib, onun arvadı və qızı başqa kəndə, ata evinə köçüb.

Qeyd edək ki, Murad Əsgərov 40 yaşlı Zəkifə Fərziyevanın tək olmasından istifadə edərək onların evinə girib. M.Əsgərov uzun illərdir həyat yoldaşı Rusiyada yaşayan qadınla cinsi əlaqədə olmaq istəyib. Lakin Zəkifə Fərziyeva etiraz edərək qışqırıb, bu zaman Murad Əsgərov onu vuraraq yerə yıxıb, daha sonra boğaz nahiyəsindən 7 bıçaq zərbəsi endirib. Öldüyünə əmin olmaq üçün isə sonradan onun boğazını kəsib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026