• Bakı 25° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Lənkəranda iki avtomobil toqquşdu: Xəsarət alanlar var - FOTO

HADİSƏ

06 May 2021 | 19:39

Lənkəranda iki avtomobil toqquşdu: Xəsarət alanlar var - FOTO

Lənkəran rayonunda ağır yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Akademik Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, “Chevrolet” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən “Chevrolet” markalı avtomobil suötürücü xəndəyə aşıb.

Nəticədə Lənkəran şəhər sakinləri - 1956-cı il təvəllüdlü Mahirə Mirzağa qızı Məmmədova və 1959-cu il təvəllüdlü Nahidə Mirzağa qızı Rəhimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(report)


Lənkəranda iki avtomobil toqquşdu: Xəsarət alanlar var - FOTOLənkəranda iki avtomobil toqquşdu: Xəsarət alanlar var - FOTOLənkəranda iki avtomobil toqquşdu: Xəsarət alanlar var - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026