• Bakı 22° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

İşğaldan azad olunmuş torpaqlarda əkin prosesinə start verildi

CƏMİYYƏT

18 Mart 2021 | 14:27

İşğaldan azad olunmuş torpaqlarda əkin prosesinə start verildi

Azərbaycanın işğaldan azad olunan Cəbrayıl rayonunda yeni əkin sahələri salınır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov məlumat verib.

O bildirib ki, hazırda Cəbrayıl rayonunun Soltanlı kəndi ərazisində 27 hektardan artıq bir sahə əkin üçün hazırdır:

“Burada artıq şumlama prosesi sona çatıb. Kənd Təsərrüfatı naziri İnam Kərimov və Türkiyəli həmkarı Bekir Pakdemirli ilə birgə burada səpin işləri həyata keçiriləcək. Bu sahədə heyvandarlıqda istifadə edilən yem bitkisi əkiləcək. Bu bitki suvarılmayan sahələrdə əkilir və yüksək məhsuldarlığa malikdir. Bu torpaqlara uyğun bitki olduğundan 27 ha sahədə yem bitkisinin səpin prosesi aparılacaq. Bununla da işğaldan azad edilmiş ərazilərdə yazlıq əkinlərə start verildiyini demək olar”.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR