• Bakı 22° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Həftəsonu qanunsuz işləyən mikroavtobuslar peyda olub - Yol polisi

CƏMİYYƏT

18 Mart 2021 | 10:54

Həftəsonu qanunsuz işləyən mikroavtobuslar peyda olub - Yol polisi

Bakıda həftəsonları qanunsuz işləyən mikroavtobuslar peyda olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

V.Əsədov həmin mikroavtobusların qanunsuz fəaliyyət göstərdiyini vurğulayaraq insanları diqqətli olmağa çağırıb.

O qeyd edib ki, həmin hallar xüsusilə Bakı-Sumqayıt, Bakı-Abşeron istiqamətində müəyyən edilib. Onun sözlərinə görə, "20 Yanvar" dairəsində polis əməkdaşları bu halların qarşısını almaq üçün zəruri tədbirlər görür:

“Həmin mikroavtobuslar insanlarla əvvəlcədən sövdələşərək onları yığır və ara küçələrlə hərəkət edərək Sumqayıta və digər ərazilərə qanunsuz sərnişin daşıyırlar. Qanunsuz və gizli işlədikləri üçün yol-hərəkət qaydalarını da kobud şəkildə pozurlar və avtomobili təhlükəli sürürlər. İnsanları bu cür qanunsuz fəaliyyət göstərən mikroavtobuslardan istifadə etməməyə çağırıram”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR