Bakıda binanın damında meyiti tapılan qızın ölümünə səbəb kimi ilkin versiyada onun həddən artıq narkotik vasitə qəbul etməsi bildirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə hüquq mühafizə orqanlarından məlumat verilib.
1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyitinə baxış zamanı onun üzərində xəsarət izi aşkar olunmayıb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.(oxu.az)
***
Bakıda binanın damında 25 yaşlı qızın meyiti tapılıb.
Bakıvaxtı.az Fövqaladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.
Görülən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.
















