• Bakı 20° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Füzulidə şirkət əməkdaşı MİNAYA DÜŞDÜ

HADİSƏ

12 Iyul 2021 | 12:19

Füzulidə şirkət əməkdaşı MİNAYA DÜŞDÜ

Füzuli Rayon Prokurorluğuna iyulun 12-də saat 11 radələrində Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində 1 nəfərin minaya düşməsi haqda məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, ilkin araşdırmalarla “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi ərəfəsində Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Füzuli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026